Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vergilər Nazirliyinin avtomobilləri satışa çıxarıldı

Sentyabrın 18-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək hərraca Vergilər Nazirliyinə məxsus müxtəlif markalı səkkiz avtomobil çıxarılıb. 

Mynews.az xəbər verir ki, avtomobillərin buraxılış ili 2005-2007-ci illər arasında dəyişir. 

Eləcə də, hərracda minimal qiymət 3000, maksimal qiymət  isə 4200 manat təşkil edir.

O ki qaldı maşınların markalarına, nazirliyin beş ədəd “KİA Optima” və üç ədəd “Daewoo Nexia” markalı  avtomobili satılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...