Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Banklar Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, palatanın tövsiyəsinə əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.
Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sualla bağlı palatada yaradılmış qaynar xəttə müraciət etmək olar: əlaqələndirici şəxs: Azər Quluyev, e-mail: [email protected] , tel: (+994) 70 908 62 21.
Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı əlavə olunur.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 965 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 924 dəfə oxunub