Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu yollarda təmir işləri aparılır

İki istiqamətdə təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-80 km-də və Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 06-16-cı kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...