Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya ilə sərhəddə sıxlığın səbəbi açıqlandı

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.

Dövlət Gömrük Komitəsindən Mynews.az verilən məlumata görə, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...