Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neft Fondunun 2017-ci il üzrə illik hesabatı dərc edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı dərc olunub.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən Mynews.az-a bildirilib ki, fondun 2017-ci il üzrə hesabatının dizaynı Azərbaycan musiqisinə həsr edilib. Hesabatda milli muğam, klassik musiqi və caz ənənələri barədə maraqlı məlumatlar yer alıb, bir sıra görkəmli Azərbaycan xanəndələri, klassik musiqi bəstəkarları və caz ustadlarının yaradıcılıqları işıqlandırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...