Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təbii qazın verilişində fasilələr yaranacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

"Azəriqaz"dan Mynews.az-a verilən məlumata görə, yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan diametri 1020 mm-lik “Astara-Qazıməmməd” magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi həmçinin futlyarın quraşdırılması zəruriyyəti ilə əlaqədar 28 avqust 2018-ci il tarixindən etibarən üç gün müddətində təmir işləri aparılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...