Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb

Avqustun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Mynews.az xəbər verir ki, memorandumun məqsədi sosial müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməyinin stimullaşdırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirləri və təlimlərin həyata keçirilməsidir. Bundan əlavə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının və hüquqi aktların hazırlanması prosesində təcrübə mübadiləsinin aparılması əməkdaşlığın əsas prinsiplərindəndir. “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması da memorandumun məqsədlərindən biridir. Həmçinin sənədə əsasən sağlamlıq imkanları məhdud gənclər əməklərinin maddi və mənəvi stimullaşdırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunacaq və onlar “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb ediləcəklər.

Memorandumu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...