Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən  Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq, 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2 mln. 269,7 min nəfərə çatıb. 

Bakı Şəhər Statistika İdarəsindən Mynews.az-a verilən məlumata görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edib. 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub. 

Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb.

Doğulan körpələrin 156 nəfəri əkiz, ikisi üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək, hazırda hər 100 doğulan qıza 110 oğlan düşür. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...