Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paytaxtda ət və çörək bahalaşıb

2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb. 

Bakı Statistika İdarəsindən Mynews.az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb. 

Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.

Bakıda ət və çörək bahalaşıb 

Konkret olaraq məhsullar üzrə qiymət  indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən  yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz,  “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb. 

Qeyri-ərzaq məhsullarından “Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, “Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, “Telefon aparatları” qrupu 0,4 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Zərgərlik məmulatları” qrupu 0,6 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.

Ödənişli ali təhsilin qiyməti yüksəlib 

O ki qaldı xidmət sektoruna, hesabat dövründə Bakı şəhərində bu seqmentdə də qiymət artımı baş verib. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi“ qrupu 0,5 faiz, “Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 4,6 faiz, “Hava sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 2,2 faiz, “Ödənişli ali təhsil haqqı” qrupu 0,5 faiz, “Mehmanxana xidməti” qrupu 0,7 faiz,  “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,1 faiz bahalaşıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...