Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

6 ayda Bakıda 2374 ailə boşanıb

Bakı şəhərində yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb.

Bu barədə Mynews.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda 6 ay ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.

Qeyd edək ki, ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-nə 2 milyon 269,7 min nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1060 nəfər olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...