Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu yolun bir hissəsi rənglənir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrlik hissəsində bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...