Manatın altı aylıq məzənnəsi açıqlandı
Cari ilin birinci rübündə manatın dollara qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib.
Mərkəzi Bankdan Mynews.az-a verilən məlumata görə, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub.
Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6957, satış məzənnəsi isə 1.7022 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0044 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olub.
Dövr ərzində manat dollara qarşı 0.01%, türk lirəsinə qarşı 17.3%, avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, rus rubluna qarşı 8.1% möhkəmlənib. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 3.2 mlrd. dollar ekvivalentində olub. Bunun 2.5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 933 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 924 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 923 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 921 dəfə oxunub