Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərin nəzərinə! - Bu yol bağlanır

Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

AAYDA-dan Mynews.az-a verilən məlumata görə, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...