Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb. 

Mynews.az-ın məlumatına görə, qısa müddət ərzində sayta giriş çox olduğundan sistem yenidən çöküb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək bildirib ki, mənzil seçimi prosesi hazırda dayandırılıb və proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Xatırladaq ki, mayın 7-də keçirilən sosial mənzillərin elektron qaydada seçimi zamanı da problem yaranmışdı. 

Rəsmi açıqlamaya görə, həmin vaxt “Elektron hökumət” portalı yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaradan nasazlıq baş verib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...