Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının bir hissəsində su olmayacaq

Sentyabrın 5-də paytaxtın bəzi hissələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə Mynews.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonlar, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...