Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkədə neft və qaz hasilatının maya dəyəri artıb

2017-cı ildə bir ton neftin istehsal maya dəyəri 111,42 manat təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9% artım deməkdir. 

Mynews.az SOCAR-ın 2017-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, hesabat dövründə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 2016-cı illə müqayisədə 15,42 manat və ya 33,0% artaraq, 62,19 manat olub. 

Səbəb 

Bildirilir ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. 

Belə ki, material xərcləri 785 min manat (3,4%), elektrik enerjisi 2310 min manat (27,2%), yanacaq xərcləri 142 min manat (16,6%), əməkhaqqı xərcləri 3433 min manat (3,2%), sosial sığorta xərcləri 551 min manat (2,5%), əsas vəsaitlərin amortizasiyası 10083 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 64188 min manat (78,6%), nəqliyyat xərcləri 7708 min manat (6,5%), digər vergilər 2953 min manat (8,1%) artıb.

Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına reallaşıb.

Konkret olaraq, material xərcləri 580 min manat (7,1%), əməkhaqqı xərcləri 1116 min manat (4,4%), sosial sığorta xərcləri 193 min manat (3,8%), əsas vəsaitlərin amortizasiyası 6287 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 23806 min manat (85,1%), nəqliyyat xərcləri 5373 min manat (12,1%), mədən vergisi 20637 min manat (60,4%), digər vergilər üzrə 954 min manat (9,0%), digər xidmətlər üzrə xərclər 1142 min manat (10,3%) yüksəlib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...