Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb - FOTOLAR

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 211099” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 2 min 600 ədəd “Marlboro” və 1000 ədəd “Parliament” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...