Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DGK: " Gömrük Orqanlarına 250 nəfər yeni işçi götürülüb "

Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük Orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda Mətbuat Konfransı keçirilib.

Mynews.az xəbər verir ki, DGK sədri Səfər Mehdiyev ilin geridə qalan 8 ayında gömrük işində xeyli təkmilləşdirmələr aparılıb:

"Normada ayda böyük sərhəd keçid məntəqələrindən 6 min nəfər keçdiyi halda, yay aylarında bu rəqəm 17 minə yaxınlaşdı. Buna baxmayaraq, gömrük orqanları işin öhdəsindən layiqincə gəldi. 2 yeni baş idarə yaradıldı. Kadr çatışmazlığı aradan qaldırıldı. Təkcə hava nəqliyyatında gömrük orqanlarının əməkdaşları ay ərzində 1,5 milyon nəfərə xidmət göstərib ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir. "Sınıq Körpü" keçid məntəqəsində Avropa İttifaqı ilə birlikdə layihəmiz olan Ticarətin Asanlaşdırılması Mərkəzi yaxın zamanda istifadəyə veriləcək. Bu da yük maşınlarının keçidi zamanı yaranan sıxlığı aradan qaldıracaq.

Bundan başqa DGK bu ilin 8 ayında dövlət büdcəsinə 3 milyard 190 milyon manat köçürüb. Hansı ki, proqnozlaşdırılan rəqəm 2 milyard 430 milyon manat idi. Yəni qarşıya qoyulan tapşırıq təxminən 700 milyon manat artıqlaması ilə yerinə yetirilib. Gömrük Orqanlarına 250 nəfər yeni işçi götürülüb. 8 ay ərzində 6155 hüquq pozma faktı qeydə alınıb. Bunlardan 458-i cinayət xarakterli faktlar olub. Hüquqpozmalar zəminində 6 milyon manatdan çox məbləğ tutulub. Narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində 150 fakt qeydə alınıb ki, bu əsnada 1 tondan çox narkotik maddə aşkar edilərək məhv olunub".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...