Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan əhalisinin sayı açıqlandı - SON RƏQƏM

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 45 min 141 nəfər və ya 0,5 faiz artaraq, avqustun 1-i vəziyyətinə 9 milyon 943 min 226 nəfərə çatıb. 

Bu barədə Mynews.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...