Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

9 nəfər işdən çıxarılıb - 113 nəfərə töhmət verilib

Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov bu ilin 8 ayı ərzində ölkənin Gömrük Orqanlarında qeydə alınan nizam-intizam xəbərdarlıqları barədə məlumat verib.

Mynews.az-ın məlumatına görə, komitənin 8 aylıq yekun konfransında çıxış edən idarə rəisinin sözlərinə görə, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edilib və cinayət işi açılıb:

“Komitənin daxili istintaq idarəsində keçirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...