Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkəyə kərə yağı idxalı azalıb

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 874 mln. 144,66 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Mynews.az xəbər verir ki, yeyinti məhsulları idxalın 12.74 faizini təşkil edib.

Hesabat dövründə Azərbaycan ölkəyə ət, buğda, süd, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar, kərə yağı və şəkər idxal olunub.

Qeyd edək ki, ölkəyə ət idxalı 6,8, buğda idxalı 20,2, süd idxalı 2, meyvə-tərəvəz idxalı 1,5 faiz artıb. Əvəzində kərə yağı idxalı 22,1 faiz azalıb.

Hesabat dövründə ölkəyə 179 mln. dollar dəyərində 9 min 426 ton əczaçılıq məhsulları gətirilib. Bu məhsulların idxalı miqdar ifadəsində 31,7 faiz, dəyər ifadəsində 45 faiz artıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...