Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ən yüksək maaş bu sahədədir - STATİSTİKA

2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat təşkil etmişdir.

Mynews.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat olmuşdur

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...