Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərin nəzərinə: Bu yolda sürət həddi artırıldı

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sürət həddi bəlli olub.

Mynews.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Anar Nəcəflinin verdiyi açıqlamaya görə, uzun müddətdir təmiri aparıldıqdan sonra yaxın günlərdə açılışı edilən yolun sürət həddi saatda 120 km/saat təyin olunub.

Əvvəl sözügedən yol rayon ərazilərindən keçdiyi üçün sürət həddi 60-90, bəzi yerlərdə isə 100 km/saat idi. Lakin köhnə yol həddən artıq pis vəziyyətdə olduğu üçün avtomobillər yüksək sürətlə gedə bilmirdi.

Qeyd edək ki, yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunel inşa edilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Bu günə qədər ümumi uzunluğu 243 km təşkil edən yol aparılan inşa işlərindən sonra 38.4 km qısalaraq 204.6 km olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...