Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan banklarının nəhəng müştərilərdən güclü asılılığı var

Azərbaycan banklarının nəhəng müştərilərdən güclü asılılığı var: 20 nəhəng müştəridən onlar 60 faiz depozit əldə edirlər. Bu, MDB məkanında ən yüksək göstəricidir. 

Mynews.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı “Moody’s” nəşrinin Rusiya və MDB ölkələrinin banklarının ən iri borc alanlar qarşısında konsentrasiya riski haqqında araşdırmada məlumat verilib. 

Agentliyin ekspertlərinin fikrincə, banklar kredit və depozit portfellərinin böyük hissəsini təşkil edən onlarla korporativ müştərilərdən asılıdır. 

Agentlikdə hesab edirlər ki, araşdırma orta və böyük olmayan bankları xarakterizə edir və bu banklarda konsentrasiya riskinin yüksək olduğu qeyd edilir. Onların fikrincə, bu, bank sisteminin maliyyə dayanıqlığına mənfi təsir göstərə bilər.

MDB ölkələri arasında ən aşağı göstəricilər Belarus (25%) və Ukraynada (23%)qeyd alınıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...