Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya Azərbaycana kənd təsərrüfatı texnikası satmaq istəyir

Rusiya Azərbaycanla məhsul istehsalı mərhələlərini vahid istehsalat xəttində birləşdirmək niyyətindədir. Məsələn, Moskva Bakıya texnika və gübrə tədarük etməyə, əvəzində isə ticarət şəbəkələri üçün hazır məhsullar idxal etməyə hazırdır.

Mynews.az xəbər verir ki, bunu Rusiyanın iqtisadiyyat naziri Maksim OreşkinAzərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının genişləndirilmiş iclasında bildirib.

“Kənd təsərrüfatında bu sahədə istifadə olunan texnikalar, gübrələrin tədarükündən başlayan və Azərbaycanda istehsal olunan məhsulların Rusiyanın ticarət şəbəkələrinə tədarükü ilə bitən layihələrin inkişafını müzakirə edirik”, - deyə, o, bildirib.

Rusiyalı nazirin sözlərinə görə, hər iki ölkə “yaşıl dəhlizləri”, ölkələr arasında mal dövriyyəsini inkişaf etdirməlidir.

“Qarşımızda qoyduğumuz məqsəd yaşıl dəhlizlərin yaradılması, Rusiya və Azərbaycan arasında malların bütün istiqamətlərdə hərəkətidir. Burada maneələrin azalması üçün planlı iş aparırırq”, - deyə, Oreşkin bildirib.

O həmçinin birgə istehsalatların yaradılmasının vacibliyini qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...