Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır

İsveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır.

Mynews.az xəbər verir ki, bunu 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı "Azərbaycan Dəmir Yolları QSC"nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Növbəti ilin ilk aylarında ölkəmizə 30 ədəd qatar gətiriləcək. Vaqonlar İsveçrənin Surix şəhərində istehsal olunur. Yeni qatarlarla Qarsa 10 saata çatmaq mümkün olacaq, Ankaraya isə 20 saata".

Qiymətlərə gəldikdə isə, C.Qurbanov bildirib ki, gediş haqqını digər ölkələrlə razılıq əldə etdikdən sonra demək mümkün olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...