Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Rusiyada sanatoriyalar inşa edəcək

Rusiyanın Stavropol bölgəsinin iki şəhərində üç sanatoriya inşa ediləcək. İnşa işlərini Azərbaycan maliyyələşdirəcək. 

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, bütün işlər üçün ümumilikdə 8 milyard rubl (121 milyon ABŞ dolları - red.) sərf ediləcək. 

“İndi layihələr həyata keçirilmə mərhələsindədir, Jeleznovodsk və Kislovodskdakı sanatoriyalarda yenidənqurma və tikinti işləri gedir. Onlar 1,5 min qonağı eyni anda qəbul edə bilər”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, işlərin başlanması ilə turist axınının artırılması planlaşdırılır. Hazırda yerli kurortlar hər il Zaqafqaziyadan 30 mindən çox qonaq qəbul edir. Məlumat Bakıda keçirilən Rusiya-Azərbaycan beynəlxalq forumunda səsləndirilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...