Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan banklarını nə gözləyir?

Milli valyutanın devalvasiyasının Azərbaycan banklarına yaratdığı çətinliklər, aktivlərin keyfiyyətinin zəif olması səbəbindən bankların davamlı olaraq kapital çatışmazlığı ilə üzləşməsi, yüksək dollarlaşma və valyuta uyğunsuzluğu prosesi davam edir. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında məlumat verilib.

Agentliyin mütəxəssisləri hesab edir ki, 2017-ci ildə bank sektorunun itkiləri davam edəcək və Azərbaycanın bir çox bankları üçün reytinq proqnozu neqativ olacaq.

“2016-cı ilin sonuna ölkədə qeyri-işlək aktivlərinin həcmi ümumi kredit portfelinin 21%-nə çatıb. Halbuki bu göstərici 2015-ci ildə 12% təşkil edib. 

Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını planlaşdırırıq. Bundan başqa, bu il kredit portfelinin 5% azalacağını proqnozlaşdırırıq.

Aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək və sektorda sağlamlaşdırma tədbirləri görüləcək”, - deyə məlumatda vurğulanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...