Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Manatı MDB-nin ən stabil valyutası adlandırdılar

2018-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, ABŞ dollarının Azərbaycan manatına nəzərən rəsmi məzənnəsi praktiki olaraq dəyişməyib. Bu, keçmiş SSRİ ərazisində ən yaxşı göstəricidir. 

Mynews.az xəbər verir ki, bununla bağlı 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək “BelaPAN”ın mərkəzi banklar arasında apardığı araşdırmaların nəticəsində bildirilib. 

Valyutanın ucuzlaşmasına görə ilk pillələrdə 13,87 faizlə (57,6002 rubldan 65,5906 rubla) Rusiya və 9,25 faizlə (332,33 tengedən 363,07 tengeyə) Qazaxıstan qərarlaşıb. 

Onları Belarus, Tacikistan, Latviya, Litva, Estoniya, Gürcüstan, Ukrayna və Qırğızıstan izləyir. 

Dolların məzənnəsi Türkmənistanda dəyişməyib (3,50 manat), ABŞ valyutasının məzənnəsi Azərbaycanda 0,01 faiz (1,7001-dən 1,7 manata), Ermənistanda 0,29 faiz (484,10-dan 482,71 drama), Özbəkistanda 0,50 faiz (8.120,07-dən 8.079,28-ə) və Moldovada 1,38 faiz (17,1002-dən 16,8637-ə) düşüb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...