Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Dərnəgül” və “Baksol”da reydlər

Topdansatışla məşğul olan iri ticarət mərkəzlərindəki satışın çoxu uçota alınmır, vergisi ödənilmir. 

Mynews.az xəbər verir ki, Vergilər Nazirliyi inşaat materialları bazarı kimi tanınan “Dərnəgül” və “Baksol” adlanan ərazilərdə monitorinq keçirib. 

Nəticələr göstərib ki, buradakı əksər şirkətlərin uçot sistemi belə yoxdur. Beləliklə, büdcəyə ödənilməli olan külli miqdarda vəsait gizlədilir. 

Vəziyyət o həddə olub ki, Vergilər Nazirliyi “Dərnəgül” və “Baksol” adlanan ərazilərdə sahibkarlıq fəaliyyətini qaydaya salmaq üçün “Tədbirlər Planı” və İşçi qrupu yaradıb. 

İşçi qrupunun rəhbəri Nadir Cəbrayılovun sözlərinə görə, İşçi qrupuna vergi uçotu ilə bağlı ərizələri və digər sənədləri yerindəcə qəbul etmək tapşırılıb. Vergi öhdəliyinin müəyyən edilməsi, vergi borclarının alınması, uçota alınmanı təmin etmək üçün onları lazımi texniki vasitələr və ləvazimatlarla (planşet, datakart, nəqliyyat, baza məlumatlarına giriş imkanı) təmin etmək səlahiyyətləri verilib. 

Nazirlik monitorinqlərin yekununda belə bir qənaətə gəlib ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının sayının azaldılmasından və qanunvericiliyin kifayət qədər yumşaq olmasından sui-istifadə edirlər. Bu cür vəziyyət ciddi tədbirlərin görülməsini zəruri edir.

Bundan başqa, rəsmi açıqlamalarda tikinti sektorunun ÜDM-dəki payının azalan tendensiyada davam etdiyi bildirilir. 

Nazirliyin “Tədbirlər Planı”na əl atması göstərir ki, bu bazardakı real pul dövriyyəsi rəsmi qeydiyyatdan gizlədilir və sahibkarların büdcə pullarını yeməsi faktları daha çoxdur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...