Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq

Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir.

Mynews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, “bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək”.

“Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”, - deyə, prezident bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...