Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyib

Rəsmi statistika deyir ki, bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 26,2 mlrd. manat olub.
Dövlət Statistika Komitəsindən Mynews.az-a bildiriblər ki, ticarət dövriyyəsinin 13 133,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 024,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Bu ilin 10 ayında satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları üzrə 2,1% və qeyri-ərzaq üzrə 3,3% üstələyib.
Alıcılar pullarının 45,9%-ni ərzaq məhsulları almağa xərcləyiblər. Xərclərin 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-sentyabr aylarında məhsulların 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.
Hesablamalara görə, əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Onu yatılı qoyub efirə gəlmişəm" - - Şəbnəm Hacıdan danışdı 959 dəfə oxunub
- Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - - Ölən şəxsin adı məlum oldu 935 dəfə oxunub
- Qarlı hava şəraiti nə qədər davam edəcək? - - AÇIQLAMA 927 dəfə oxunub
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda 926 dəfə oxunub
- Fədayə yenidən hakim qarşısına çıxacaq 925 dəfə oxunub