Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Statistika Komitəsindən benzin və dizellə bağlı - AÇIQLAMA

Cari ilin 3 rübündə Azərbaycanda 1 milyon 517,9 min ton dizel yanacağı, 906,3 min ton avtomobil benzini, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 61,2 min ton yanacaq mazutu, 108,5 min ton sürtkü yağları, 219,2 min ton neft bitumu və 195,9 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 408,3 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 76,3 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...