Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının Yasamal rayonunda su kəsiləcək

 Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən Mynews.az-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...