Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Son 9 ayda Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edənlərin STATİSTİKASI göstərir ki...

Son 9 ay ərzində Azərbaycanda dəmir yolu nəqliyyatından 2 milyondan çox sərnişin istifadə edib.

Mynews.az bildirir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, bu statistika beynəlxalq və yerli istiqamətlər üzrədir: "Cari ilin 9 ayı ərzində beynəlxalq və yerli istiqamətdə 2 022 628 sərnişin daşınıb. Bunun 151 665 nəfəri beynəlxalq istiqamətdə, 660 408 nəfəri ölkədaxili, 1 210 555 nəfər isə şəhərətrafı istiqamətdə daşınıb".

S.Qədirovanın sözlərinə görə, sərnişinlər onlayn satış üzrə də əməliyyatlardan faydalanır: "53 205 sərnişin onlayn bilet satışı sistemindən yararlanıb".

Qeyd edək ki, Bakıdan beynəlxalq istiqamətlər üzrə qatarlar Tbilisi, Moskva, Kiyev və Rostova hərəkət edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...