Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mərkəzi Bank kommersiya banklarına müraciət edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib. 

Mynews.az -ın məlumatına görə, "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, AMB-nin baş direktoru Akşin Vəliyevin imzası ilə daxil olan məktubda banklara Novruz bayramı günlərində müştərilərin nağd pula olan tələbatının ödənilməsi üçün müvafiq addımların atılması tövsiyə olunur.

Məktubda deyilir ki, banklar bayram günlərində müştərilərin nağd pula olan tələbatının nominallar üzrə müvafiq strukturda təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, AMB nağd pul ehtiyatının yaradılmasını da tələb edir.

Məlumata görə, AMB-də məsələ ilə bağlı “Qaynar xətt” yaradılıb və bayram günləri nağd pula tələbatla bağlı ciddi zərurət yaranarsa, banklar “Qaynar xət”lə əlaqə saxlaya bilər.

Əlavə edək ki, AMB-nin kassa xidməti yalnız bu gün uzadılmış iş rejimində çalışacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...