Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan nefti kəskin bahalaşdı

Yanvarın 10-da keçirilən hərraclarda “Azeri LT CIF” markalı Azərbaycan xam neftin bir barelinin qiyməti 62,49 dollar təşkil edib.

Mynews.az xəbər verir ki, bu ötən günlə müqayisədə 2,86 dollar və yaxud 4,8% bahalaşma deməkdir. 

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 56,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

“Brent” markalı neft isə bu gün 61.28 dollar qiyməti ilə açılış etsə də, getdikcə ucuzlaşır. Bakı vaxtilə saat 09:45-ə olan məlumata görə, neftin bir bareli 60.87 dollara realizə olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...