Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cari vergi ödənişində yenilik - HESABLAMA QAYDASI

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, eləcə də, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməzlər.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, 2019-cu il yanvarın 1-dən bu kateqoriyadan olan hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisi ödəməlidirlər.

Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən 2019-cu il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər.

Bu vergilərin ödənilməsi müddəti maksimum 15 ay olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən ödənilməli olan məbləğin avans olaraq ödənilməsini tələb edir. Bu əməliyyat Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır.

İqtisadçı Emin Səttarov cari vergi ödəməsini misallarla izah edir:

“Təsəvvür edin ki, A MMC-nin I rüb, yəni yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10 min manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8 min manat gəlirdən çıxılan xərc çəkib.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləği belə hesablanır:

1. 10.000-8.000=2.000 manat (mənfəət)
2. 2.000*20%=400 manat (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergi ödəməsi) Vergi Məcəlləsi cari vergi ödəməsinin 75 faiz ödənilməsini tələb edir. 
4. 300-75%=75 manat (mikrosahibkarlıq subyekti olduğu üçün cari vergi ödəmisinə 75 faiz azadolma tətbiq edilib).

A MMC-nin II rüb, yəni aprel, may və iyun ayları ərzində ümumilikdə 15 min manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7 min manat gəlirdən çıxılan xərc çəkib. Cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir.

Həmin maddədə “artan yekun” ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanması barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə işləyir.

Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə görə, əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

II rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. (10.000+15.000)-(8.000+7.000)=10.000 manat (mənfəət)
2. 10.000*20%=2.000 manat (mənfəət vergisi)
3. 2.000*75%=1.500 manat (mənfəət vergisi üzrə cari vergi ödəməsi). Vergi ödəyicisi 1.500 manat bəyan etməsinə baxmayaraq, vergi orqanı şəxsi vərəqədə 1.500-300=1.200 manat göstərəcək.

2019-cu ildən Vergi Məcəlləsinə əlavə olunmuş 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200 min manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...