"Bakıda Ermənistandan gətirilən vərəmli ətlər satılır" iddiasına - RƏSMİ CAVAB
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) guya Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin BAKU.WS-ə verdiyi məlumata görə, bu məlumatların heç bir əsası yoxdur və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib:
"Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib".
DBNX bu məlumatların həqiqəti əks etdirmədiyini, heç bir fakta əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir. Dövlət Xidməti bəyan edir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.
Loading...
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub
loading...