Azərbaycan iqtisadiyyatı kiçilib

2021-ci ilin yanvar ayında ölkədə 6 milyard 256,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Mynews.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz daha azdır.
Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artıb.
ÜDM istehsalının 40,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub.
İqtisadiyyat
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
- Son dəqiqə! FED uçot dərəcəsini qaldırdı: Dollar bahalaşacaq?
- Azərbaycan nefti 10 dollaradək bahalaşdı
- Azərbaycan nefti bahalaşdı
- Banklarda dollar niyə baha satılır? - Manatın taleyi ilə bağlı önəmli FAKT
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Əhalinin banklara kredit borcu ARTIB 1040 dəfə oxunub
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA 1040 dəfə oxunub
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 936 dəfə oxunub