Bankdan 5 milyard dollarlıq - SƏHV KÖÇÜRMƏ
Hadisə texniki nasazlıq ucbatından baş verib. Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb.
Almaniyanın dövlət bankı — "Kreditanstalt für Wiederaufbau" (KfW) səhvən 5,4 milyard dolları digər dörd bankın hesabına keçirib.
Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.
"Biz tez bir zamanda bu səhvdən xəbər tutduq və onu aradan qaldırdıq. Köçürülən məbləğ geri qaytarıldı" — bankın bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bank bu hadisə ilə bağlı təəssüflənir və insidentin səbəbinin insan amili olduğunu istisna etmir. Bloomberg-in məlumatına əsasən, hadisə texniki nasazlıq ucbatından baş verib.
Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb. Bu KfW bankının köçürmələrlə bağlı ilk səhvi deyil. 2008-ci ilin sentyabrında bank səhvən o dövrdə artıq müflis olmuş Lehman Brothers bankının hesabına 300 milyon avrodan çox vəsait köçürüb. Hadisə siyasi qalmaqala səbəb olub, mətbuat isə KfW-ni "Almaniyanın ən səfeh bankı" adlandırıb.
KfW "Deutsche Bank" və "Commerzbank"-dan sonra Almaniyanın üçüncü ən iri bankıdır. Onun müşahidə şurasına maliyyə naziri Volfhanq Şoyble rəhbərlik edir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1015 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 973 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 962 dəfə oxunub