Dollar almaq və satmaq istəyənlər, BU XƏBƏRİ OXUYUN! - Aprel ayından...
Təxminən bir ay öncə dolların məzənnəsinin martın sonlarına yaxın artacağı barədə proqnozlar verilirdi. Amma məzənnədə dəyişiklik çox cüzi artımlarla müşahidə edildi. İndi isə aprel ayında dollara tələbin artacağı ilə bağlı proqnozlar verilir. Dollar aprel ayında yenidən rekord həddə çata bilərmi?
Mynews.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirdi ki, aprel ayının müəyyən həftələri ərzində dolların məzənnəsində kiçik sıçrayışlar baş verə bilər:
“Ölkənin valyuta bazarında vəziyyət sabitləşib. Sonuncu dəfə dolların məzənnəsində rekord səviyyə fevralın 1-də qeydə alınıb - 1,9200 manat. Mart ayı başlayanda şərhlərimdə proqnoz etmişdim ki, dolların məzənnəsində yenə bahalaşma müşahidə edəcəyik, ancaq əvvəlki tempdə qeydə alınmayacaq. Çünki valyuta bazarına təsir göstərən şərtlər artıq dəyişib. Eyni zamanda, bayram ərəfəsində xarici valyutaya tələbin artacağı gözlənilsə də, bir sıra səbəblər üzündən bunun nisbətən az tempdə baş verəcəyi gözlənilirdi. Buna çoxlu sayda turistlərin gəlməsinin də rolu oldu. Odur ki, apreldən dolların yenidən bahalaşacağı gözlənilmir. Düzdür, müəyyən həftələr ərzində kiçik sıçrayışlar baş verə bilər. Ancaq bütövlükdə növbəti ay ərzində manatın mövqeyi heç bir kəskin hücuma məruz qalmayacaq”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 990 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 954 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 944 dəfə oxunub