Azərbaycana maraq göstərən turistlərin sayı artıb

Ötən il ölkəmizə gələn turistlərin sayında əvvəlki illərə nisbətən 11 faiz artım müşahidə olunub. Belə ki, 2016-cı ildə Rusiyadan gələnlərin sayında 7,1 faiz, İrandan gələnlərin sayında 58 faiz, Qazaxıstandan gələn turistlərin sayında isə 15,8 faiz artım olub.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, yola saldığımız ildə ölkəmizə daha çox İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Rusiya, Qazaxıstan və İrandan turist gəlib. “Elektron viza tətbiq edildikdən sonra Azərbaycana maraq göstərən turistlərin sayı artıb. Artıq İndoneziya, Sinqapur, Hindistan, Malayziya və Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Bu il mart ayından başlayaraq xarici ölkə vətəndaşlarının ölkəmizə axını gözlənilir”, - deyə M.Ağakəromov söyləyib.
İqtisadiyyat
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
- Son dəqiqə! FED uçot dərəcəsini qaldırdı: Dollar bahalaşacaq?
- Azərbaycan nefti 10 dollaradək bahalaşdı
- Azərbaycan nefti bahalaşdı
- Banklarda dollar niyə baha satılır? - Manatın taleyi ilə bağlı önəmli FAKT
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1115 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1111 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1110 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1060 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1055 dəfə oxunub