Maşın bazarında son vəziyyət - “Mercedes ML” 10 min, “Hyundai Accent” 13 min AZN...
Azərbaycanda ikinci əl avtomobil bazarında nisbi canlanma yaranıb. Bu barədə Fins.az-a avtomobil ekspertləri bildiriblər. Məlumata görə, mart ayından etibarən avtomobil satış mövsümünün başlaması satışlarda nisbi artıma səbəb olub.
Avtomobil eksperti Eyyub Əliyev fins.az-a bildirib ki, mart ayından etibarən ikinci əl avtomobil bazarında 1-2% civarında artım müşahidə edilir. Hazırda daha çox qiyməti 10-15 min manat arasında olan kiçik mühərrikli, istehsal ili 2010-ci ildən yuxarı olan və az yanacaq işlədən avtomobillər alınır. Xüsusilə də Rusiya, Çin və Cənubi Koreya avtomobillərinə maraq daha çoxdur.
Qiymətlərdə isə hazırda hər hansı bir dəyişiklik müşahidə edilmir.
Avtomobil alıcıları daha çox "Lada”lara üstünlük verirlər. Çin avtomobillərindən daha çox "Changan Eado”, "Baic A115” avtomobillərinə maraq artıb.
Ekspertin sözlərinə görə, köhnə "Mercedes” markalı avtomobillərlə bağlı tendensiya isə dəyişir. Xüsusilə də istehsal ili 2000-ci ilə qədər olan "Mercedes”lərə bazarda maraq azalıb.
Belə ki, bu avtomobillərin uzun müddət istismarda olması və servis xərclərinin artması alıcıları təxminən eyni qiymətə istehsal ili yeni olan avtomobillərə yönəldir. Yəni, köhnə "Mercedes”lərin yerini bazarda istehsal ili 2010-cu ildən yuxarı "KİA”, "Hyundai” və "Chevrolet” avtomobilləri tutur: "Məsələn, alıcılar 10-11 min manata "Mercedes ML”lə müqayisədə, 10-12 min manata 2012-ci il model "Chevrolet Aveo”, 13-15 min manata "Kia Cerato”, 13-14 min manata "Hyundai Accent” almağa üstünlük verirlər”.
Ümumilikdə isə E.Əliyev hesab edir ki, avtomobil satışlarında sentyabr ayına qədər yüksək həcmdə olmasa da, müəyyən qədər canlama müşahidə ediləcək.
Loading...
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 978 dəfə oxunub
- Emin Ağalarov söz verdi 978 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 976 dəfə oxunub
loading...