Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neftin qiymətinin 56 dolları keçməsinin - SƏBƏBLƏRİ

ABŞ-ın neft ehtiyatları 1-7 aprel həftəsində 1,3 mln. barel azalma göstərib.

Mynews.az-ın məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. API-nın hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 3,73 mln. barel azalıb. Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 12-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,5 mln. barel azalacağını proqnozlaşdırır. Lakin görünən odur ki, neft ehtiyatlarında azalma bir qədər çox ola bilər.

“Report”un analitik qrupu bildirir ki, Brent markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının azalması xəbərləri ilə artmağa başlayıb və hazırda 56 dollar/bareldən baha satılır. Bunun digər səbəbi kimi OPEK təşkilatının apreldə keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzada biləcəyi barədə səsləndirdiyi fikirlər təşkil edir.

Analitik qrup neftin qiymətlərinin tədricən yüksələrək may ayında 65 dollar/barelə çatacağını ehtimal edir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...