Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bu tarixdən 1 dollar 1 manata bərabər olacaq

Son günlər ölkədə dolların zəifləməsi halları müşahidə olunur. 1 ay öncə 1,95 AZN-ə təklif olunan dollar, bugün 1,60 AZN-ə satılır. Bəs bu dolların daha da zəifləməsinə işarədirmi? Ölkənin aparıcı banklarından birinin əməkdaşı Asif Əfəndiyevin verdiyi məlumata görə, may ayından etibarən 1 dolların 1 azn-ə bərabər olacağı gözlənilir.

"Hazırda ölkədə valyuta üzrə üzən məzənnə rejimi tətbiq olunur. Dollar sürətlə ucuzlaşır. Bu gedişlə 1 dollar 1 manata bərabər olacaq. Gələn aydan ucuzlaşmanın bu şəkildə gedəcəyini görə bilərik. Ölkəmizə turist axını artıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25 faiz artmışdır. Məntiqlə dollar da ucuzlaşmalıdır"- deyə bank əməkdaşı bildirib.

Qeyd edək ki, son 2 ayda Dollar Manat qarşısında dəyərdən düşür. Bu ilin 1 Fevral tarixində 1.92 manat səviyyəsinə çıxmış Dollar/Manat rəsmi məzənnəsi bu gün 1.7031 manata düşüb. Banklar artıq dolları 1.60 manata satırlar.

:CNNBaku

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...