Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızıl və gümüşün qiymətində ucuzlaşma qeydə alınıb

Dünya bazarında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.

Mynews.azn xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,50 dollar azalaraq 1 210,90 dollara, gümüş isə 0,05 dollar azalaraq 17,49 dollara satılıb.

Amerika fond bazarında Dow Jones indeksi 0,54% - 19 864,09 bəndədək, S&P 500 0,09% - 2 278,87 bəndədək ucuzlaşıb, NASDAQ 0,02% - 5 614,79 bəndədək bahalaşıb.  Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% - 7 099,15 bəndədək, Almaniya DAX-ı 1,25% - 11 535,31 bəndədək, Fransa CAC-40-ı isə 0,75% - 4 748,90 bəndədək azalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...