Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rubl ucuzlaşmağa başlayıb

Rublun kursu kəskin ucuzlaşmağa başlayıb.

Mynews.az-ın məlumatına görə, “RİA Novosti” agentliyi artıq avronun 1,5% artaraq 65,05 rubl olduğunu bildirib. Bu isə cari ildə ilk dəfə qeydə alınıb.

Rubl dollara nisbətdə də ucuzlaşıb. Hazırda 1 dollar 60,02 rubla satılır.

Qeyd edək ki, dünən “Kommersant” qəzeti Rusiyanın Maliyyə Nazirliyinin rublun hazırkı dəyərindən narazı olduğu haqqında informasiya yayıb. Məlumata görə, nazirlik rublu 10%-ə qədər devalvasiyaya məruz qoyaraq, bir dolların 64,9 rubla qədər bahalaşmasını istəyir. Buna səbəb Rusiyanın ixrac etdiyi malların rəqabət imkanlarını artırmaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...