Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mərkəzi Bankdan dolların bahalaşmasına 250 milyon manatlıq müdaxilə

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracında 250 milyon manat cəlb etməyi nəzərdə tutur.

Hərrac aprelin 28-də keçiriləcək. AMB depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

Son günlər Mərkəzi Bankın depozit hərraclarını azaltdığından dolların manat qarşısında möhkəmlənməsi müşahidə olunur. 

Qeyd edək ki, aprelin 24-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 365,30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% təşkil etmişdi. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...