Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda sərnişin özünü relslərin üstünə atdı

Bu gün “Bakı Metropoliteni”nin “Əhmədli” stansiyasında intihara cəhd hadisəsi olub.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saat 10:40 radələrində baş verib.

Metro əməkdaşı İsa Musayev sərnişinin əsəbi vəziyyətdə olduğunu və özünü relslərin üstünə atdığını bildirib.

Metropoliten əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində 70 yaşlı qoca oradan çıxarılıb. Sərnişin övladlarına təhvil verilib və hazırda vəziyyəti yaxşıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...